Azərbaycan qaçqın suriyalılara və fələstinlilərə maliyyə yardımı ayırıb
17 yanvar 2013 12:15 (UTC +04:00)

Azərbaycan qaçqın suriyalılara və fələstinlilərə maliyyə yardımı ayırıb

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının  Beynəlxalq İnkişafa Yardım İdarəsi (AİDA) 2012-ci il ərzində Qəzza bölgəsində hərbi toqquşmalar nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına maliyyə yardımı göstərib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu, Xarici İşlər Nazirliyinin 2012-ci il üçün yekun hesabatında əksini tapıb.

 

Suriyada yaşanan məlum hadisələr nəticəsində bu ölkədən qaçqın düşmüş və İordaniyanın Əmman şəhərində məskunlaşmış insanların həyat şəraitinin yaxşılaşdırılması üçün də Azərbaycan hökuməti maliyyə yardımı ayırıb.

# 918
avatar

Oxşar yazılar