Çempionlar Liqası: Fransa klubu “Rabitə”yə təslim oldu

Azərbaycanın voleybolçu qadınlardan ibarət “Rabitə” klubu Çempionlar Liqasında 1/6 final mərhələsinin ilk görüşünü qələbə ilə başa vurub. Lent.az-ın məlumatına görə, təmsilçimiz Fransada “Kann”ı məğlubiyyətə uğradıb – 3:1.

 

Meydan sahibləri yalnız ikinci setdən qalib ayrılmağı bacarıblar – 25:15. Əvəzində “Rabitə” birinci seti 25:17, üçüncü və dördüncü setləri isə 25:19 hesablı üstünlüklə başa vurub. Bununla da baş məşqçi Marçello Abbondantsanın komandası növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. Matçın ən yaxşı oyunçusu da “Rabitə”nin oyunçusu olub. Bu, 26 xal toplayan Madelayne Montanodur. Cavab görüşü yanvarın 24-də Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində olacaq.

 

Qeyd edək ki, 1/6 final mərhələsinin daha bir ilk oyununda Azərbaycanın iki komandası - “Azərreyl”lə “Lokomotiv” üz-üzə gəlib. Görüş “Azərreyl”in qələbəsi ilə yekunlaşıb – 3:0.

 

LENT

25 May 2019

Digər xəbərlər >>>