“Xəzər Lənkəran” Kamran Ağayevin yerinə qapıçı aldı
17 yanvar 2013 11:38 (UTC +04:00)

“Xəzər Lənkəran” Kamran Ağayevin yerinə qapıçı aldı

“Xəzər Lənkəran” futbol klubu “Bakı”ya keçən qapıçısı Kamran Ağayevə əvəz tapıb. Lent.az-ın məlumatına görə, komandanın düşərgəsinə baxışa gələn xorvatiyalı qolkiper İvan Çoviçlə iki illik müqavilə imzalanıb. 

 

“Ağ-yaşıllar”ın axşam məşqi zamanı Çoviç özünü ən yaxşı tərəfdən göstərərək məşqçilər korpusunun rəğbətini qazanıb.

 

Qeyd edək ki, İvan Çoviç vaxtilə Xorvatiyanın 21 yaşlılardan ibarət yığmasının şərəfini qoruyub. 22 yaşlı qolkiper 2008-2009-cu illərdə Zaqreb "Dinamo"sunda, 2009-2010-cu illərdə "İnter Zapreşiç" və 2010 - 2012-ci illərdə "Hrvatski Dragovoljac" klublarında oynayıb.

 

 

# 748
avatar

Oxşar yazılar