Mövqelərimiz atəşə tutuldu
17 yanvar 2013 10:12 (UTC +04:00)

Mövqelərimiz atəşə tutuldu

Erməni silahlı bölmələri bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən ordusu

dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Qaraqaşlı, Baş Qərvənd, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

 

 

 

 

# 341
avatar

Oxşar yazılar