Məhbus, keçmiş prezident təqaüd istəyir
17 yanvar 2013 05:52 (UTC +04:00)

Məhbus, keçmiş prezident təqaüd istəyir

Liberiyanın senatına məhbus keçmiş prezident Çarlz Teylor məktub göndərib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu Afrika dövlətinin keçmiş lideri həmin müraciətdə ildə ona 25 min dollar təqaüd verilməsini tələb edib.

Mənbənin xatırlamasına əsasən, Teylor hazırda həbsdədir. O, qonşu Serra-Leonedə qiyamçıları dəstəklədiyi üçün 50 il azadlıqdan məhrum edilib. Keçmiş prezidenti hökmlə bağlı şikayət etməyə cəhd göstərir.

2003-cü ildə o, prezident postundan məhrum edilib. Məktubunda Telor təqaüd almamasını «əcaib ədalətsizlik» adlandırıb.

 

 

# 509
avatar

Oxşar yazılar