Yaponiya Cənub-Şərqi Asiyaya diqqəti artırır
17 yanvar 2013 03:28 (UTC +04:00)

Yaponiya Cənub-Şərqi Asiyaya diqqəti artırır

Yaponiyanın baş naziri Sindzo Abe Tokio ilə Hanoy arasında təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsini artıracaqlarını boyun olub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Cənub-Şərqi Asiyaya səfəri zamanı o, bildirib ki, Yaponiya Vyetnama daha çox sərmayə qoyacaq.

Yapon baş nazirinin nəzərincə, ATƏT-ə üzv dövlətlər bölgənin təhlükəsizliyi məsələsində önəmli rol oynamalıdırlar.

 

 2012-ci ilin dekabrında sekidən sonra bu onun ilk xaricə rəsmi səfəridir.Oradan isə baş nazir Tailand və İndoneziyaya yola düşəcək.

 

Çinin informasiya vasitələri Yaponiya hökumət başçısının bu səfər çıxışını tənqid edərək, yazıblar ki, baş nazi bununla «bölgədə Çinin rolunu azalmağa» cəhd göstərir.

 

 

# 381
avatar

Oxşar yazılar