Liviya Qəddafinin oğlunu Haaqaya verməyib
17 yanvar 2013 02:17 (UTC +04:00)

Liviya Qəddafinin oğlunu Haaqaya verməyib

Liviya hakimiyyəti Müəmmər Qəddafinin oğlu Seyfəlislam Qəddafi, ölkə kəşfiyyat idarəsinin keçmiş şefi Abdulla əl-Sanusinin məhkəmə prosesinin keçiriləcəyi tarixi barədə yayılmış xəbərin gerçəkliyə uyğun olmadığını bildirib.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, S.Qəddafinin Haaqada mühakimə olunması ilə bağlı tələbi uğursuzluqla nəticələnib. Beynəlxalq Cinayət Məhkəməsi Liviya hakimiyyətindən onun fevralda mühakimə olunacağına dair yayılmışı xəbərlərə izahat verməsini istəyib.

Rəsmi Tripolinin quruma göndərdiyi məktubda  məhkəmənin keçiriləcəyi vaxtın təyin olunmadığı da vurğulanıb. Onların sözlərinə görə, Qəddafi və əl-Sansuinin istintaq işləri başa çatmaq üzrədir, fevralda isə məhkəmə prosesinə hazırlıq işləri başlayacaq.

 

# 524
avatar

Oxşar yazılar