İsveç Əsədin Haaqada mühakiməsinə qarşı
17 yanvar 2013 00:21 (UTC +04:00)

İsveç Əsədin Haaqada mühakiməsinə qarşı

İsveç hakimiyyəti Suriyadakı rejimin başçısı Bəşar Əsədi Beynəlxalq Məhkəməyə verilməsinə razılıq verməyib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Avropa Birliyi üzvləri bu məqsədlə BMT Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb.

Xəbərə əsasən, müraciətin təşəbbüsçüsü İsveçrədir. İsveç istisna olmaqla sənədi 57 dövlət dəstəkləyib. Bir müddət öncə ölkənin xarici işlər naziri Karl Bildt Əsədi öz xalqına qarşı törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmədə mühakimə edilməsində  birlik üzvləri ilə həmrəy olduqlarını bildirmişdi.

Bununla belə Xarici İşlər Nazirliyi hesab edib ki, bu məsələni Suriya məhkəmə sisteminin ixtiyarına buraxmaq lazımdır.

İsveçi hazırda 3 partiyadan ibarət  koalisiya  hökumət idarə edir. Onlar bildirib ki, XİN-in mövqeyi ilə razı deyillər. Hökumət təmsilçiləri BMT Təhlükəsizlik Şurasına müraciəti dəstəklədiklərini bildiriblər.

# 799
avatar

Oxşar yazılar