“Şəhidlər ölməz, vətən bölünməz”  anım-yürüşü
16 yanvar 2013 23:25 (UTC +04:00)

“Şəhidlər ölməz, vətən bölünməz”  anım-yürüşü

Yanvarın 20-də Bakıda “Şəhidlər ölməz, vətən bölünməz” adlı anım yürüşü keçirilməsi planlaşdırılır.

 
APA-nın xəbərinə görə, bu barədə məlumat “facebook” sosial şəbəkəsində yayılıb. Yürüşün elanında bildirilib ki, aksiya keçmiş Əzizbəyov heykəlinin yerindən, 20 nömrəli məktəbin yanından başlayacaq. Yürüş dinc xarakterli olacaq.


APA-nın məlumatına görə, yürüşün təşəbbüskarları İctimai Palataya daxil olan partiyaların gənclər təşkilatları və bir qrup gənclər birlikləridir.

 

# 749
avatar

Oxşar yazılar