Ucarda iki qonşunun var-dövləti talan edilib
16 yanvar 2013 22:45 (UTC +04:00)

Ucarda iki qonşunun var-dövləti talan edilib

Ucar rayonunda oğurluq hadisələri baş verib. APA-nın məlumatına görə oğurluq hadisələri ötən gecə rayonun Qarabörk kəndində qeydə alınıb. Naməlum şəxslər kənd sakinləri - 1955-ci il təvəllüdlü Xəlilov Akif Saməddin oğlunun həyətindəki mal-qara tövləsindən 14 baş qoyunu və onun qonşusu 1966-cı il təvəllüdlü Həsənov Nağı Əli oğluna məxsus evdən isə 2000 manatlıq qızıl-zinət əşyaları və 500 manat pulu oğurlayıblar. Oğurluq faktı ilə bağlı kənd sakinləri bu gün rayon polis şöbəsinə ərizə ilə müraciət ediblər. Hazırda oğurluq edən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, bir neçə ay öncə Nağı Həsənovun əmisi oğlu Həsənov İsrayıl Mikayıl oğluna məxsus, Bakı-Qazax avtomobil yolunun kənarında, Qarabörk kəndi ərazisində yerləşən topdansatış mağazasından 27 min manat pul oğurlanmışdı. Bu günədək həmin pulu oğurlayan şəxslərin axtarışı davam etdirilir.

 

Hər üç oğurluq faktı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

# 765
avatar

Oxşar yazılar