Rusiyanın Ermənistana göndərdiyi silah-sursat – SİYAHI - YENİLƏNİB
16 yanvar 2013 22:30 (UTC +04:00)

Rusiyanın Ermənistana göndərdiyi silah-sursat – SİYAHI - YENİLƏNİB

Rusiya Ermənistanı silahlandırmaqda davam edir.

Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bir çox beynəlxalq qurumların, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərləri tərəfindən mövcud status-kvonun dəyişdirilməsinin zəruriliyi barədə dəfələrlə bəyanatların verilməsinə baxmayaraq, Rusiyanın sözü ilə hərəkətləri üst-üstə düşmür. Belə ki, Rusiya Federasiyası Ermənistana külli miqdarda silah və texnikanın ötürülməsini davam etdirərək status-kvonun qorunub saxlanılmasına zəmin yaradır.

APA-nın əldə etdiyi məlumata görə, Rusiya ilə Ermənistan arasında hava vasitəsi ilə hərbi daşımalar təşkil edilib.

Son bir neçə ay ərzində Rusiyadan Ermənistana aşağıda göstərilən silah, sursat və hərbi texnika ötürülüb:


Zirehli texnika

- BMP-3 piyadaların döyüş maşınları;
- BMP-2 piyadaların döyüş maşınları;
- BTR-80 bazasında R-149 komanda-qərargah maşınları;
- BTR-70/80 zirehli transportyorlar.

Artilleriya qurğuları

- 152mm 2A65 «Msta-B» haubitsaları;
- 152mm 2A36 «Qiatsint-B» topları;
- 2S3M «Akasiya» özüyeriyən artilleriya qurğuları;
- 300mm, 240mm və 122mm üçün reaktiv mərmiləri;
- 152mm artilleriya qurğuları ücün mərmiləri;
- Tanklar ücün 125mm mərmiləri;
- D-30 artilleriya qurğuları üçün 122mm mərmiləri;
- MT-12 topu ücün 100 mm mərmiləri
- Artilleriya üçün ehtiyat hissələri və ləvazimatları;
- 2S3M «Akasiya» üçün ehtiyat hissələri və ləvazimatları;

HHM və aviasiya vasitələri

- S-300 zenit-raket kompleksi üçün 5B55K, 5B55R və 5B55U idarəolunan zenit raketləri.
- ZRK «KUB» bir divizion tərkibində;
- 80 mm C-8 idarə olunmayan aviasiya raketləri;
- İdarəolunmayan X-25 ML aviasiya raketləri;
- 57mm C-5 idarəolunmayan aviasiya raketləri UB-20-57 bloku ilə;
- R-60M tipli idarəolunan raketləri;

Çoxlu sayda döyüş texnikası və aqreqatlar üçün ehtiyat hissələri;
Çoxlu sayda atıcı silahlar, sursatlar və mühəndis əmlakları.

# 3646
avatar

Oxşar yazılar