Biləsuvarda yük maşını yanıb
16 yanvar 2013 21:30 (UTC +04:00)

Biləsuvarda yük maşını yanıb

Azərbaycanın Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 16-da saat 17 radələrində Biləsuvar şəhəri ərazisində Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kənd sakini, 1962-ci il təvəllüdlü Dünyamiz Hüseyn oğlu Qurbanovun idarə etdiyi “VOLVO” markalı, 85 DT 838 dövlət nömrə nişanlı yük avtomaşının qoşqusunda qeydə alınıb. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində avtomaşında Bakıya aparılan 24 tonluq mebeli, eləcə də avtomaşını alovun cəngindən xilas etmək mümkün olub. Yanğın nəticəsində 2 kv.m sahədə mebel yanaraq yararsız hala düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

# 601
avatar

Oxşar yazılar