“Muğam sənəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq
16 yanvar 2013 19:26 (UTC +04:00)

“Muğam sənəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

“Muğam sənəti haqqında” qanun layihəsi hazırlanıb. Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib. Onun sözlərinə görə, qanun layihəsi Mədəniyyət Komitəsinin iclasında müzakirə olunub, birinci oxunuşa hazırdır. Komitə sədri bildirib ki, qanun layihəsində muğamın öyrədilməsinin qanuni tərəfləri, muğam alətlərinin hazırlanması, muğamın müxtəlif sahələrinin tətbiqi işi, muğam yaradıcılarının hüquqları, muğam təhsili və digər məsələlər əksini tapıb: “Muğam sənəti üçün qanunvericilik bazası yaradılır. Bu sahədə Azərbaycan böyük uğurlar qazanıb. Bunu qanunvericiliklə möhkəmləndirmək lazımdır. Bu sahəni necə inkişaf etdirməli, dünyada necə yaymalı, hansı texniki imkanlardan istifadə etmək lazımdır? Qanun layihəsində bu məsələlər əksini tapıb”.  

# 726
avatar

Oxşar yazılar