«Qiyamət bayramı»: çaxır sel kimi, musiqi qulaq batırır - HADİSƏ YERİNDƏN
21 dekabr 2012 22:06 (UTC +04:00)

«Qiyamət bayramı»: çaxır sel kimi, musiqi qulaq batırır - HADİSƏ YERİNDƏN

Gecənin qaranlığına və havanın həddən artıq soyuq olmasına baxmayaraq, insanlar Şirincədə “Qiyamət”in dadını çıxarırlar. Demək olar ki, bütün kafelərdə şərab içib, mahnı oxuyan, qol götürüb oynayanlar sanki “Qiyamət bayramı” keçirilər. Kənd camaatı əllərində qrafinlər qapılarının ağzından keçib-gedənləri şəraba qonaq edirlər.

 

Amma dükan sahibləri bir qədər narazı. Çünki azı 20-25 min adam gözlənilsə də, bu gün, Şirincəyə ən çoxu 7-8 min civarında qonaq gəldi. 

 

Bu saatlarda, kənddə hələ də 1000-1500 civarında insan var. Bir qədər əvvəl jandarma və digər təhlükəsizlik qüvvələri insanlardan mümkün qədər tez dağılıb, getməsini xahiş etdi. Hətta, jandarma komandirlərindən biri zarafatla «Qiyamət sizlərdən qorxdu, gəlmədi» - deyrək, zarafat da etdi, amma insanlar da eyni səmimiyyət və hörmətlə «yox» deyib çalıb-oxumaqdadır.

 

Burada Azərbaycan iki dəfə xatırlandı; «Sarı gəlin» və «Girdim yarın bağçasına» mahnıları ilə. Hər iki mahnı alqışlarla qarşılandı.

 

Az öncə kəndin kənarındakı pansionatların birinə doğru bahalı avtomobillərin hərəkət etməsi xəbəri yayıldı. Şirincə özü bir dağ kəndi olsa da, kəndin kənarında, dağların və meşələrin arxasında özəl pansionatlar yerləşir. Və orda həm yerlər bahalıdır, həm də çox imkanlı adamların istirahət etdiyi məkanlardır. Amma türk mediası belə həmin avtomobillərdə kimlərin olduğunu təqib edə bilmədi…

 

Bundan sonra kənddə nələr baş verəcək, nələr olacaq…hamısını biləcəksiz.

 

Türkiyə, Şirincə  

# 3749
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar