Şirincədən xəbər gəldi: “Kəndə giriş bağlanlb” – HADİSƏ YERİNDƏN
21 dekabr 2012 12:29 (UTC +04:00)

Şirincədən xəbər gəldi: “Kəndə giriş bağlanlb” – HADİSƏ YERİNDƏN

“Türkiyə vaxtı ilə səhər 8-dən etibarən İzmirin Şirincə kəndinə giriş bağlanıb”. Bunu Lent.az-ın adıçəkilən kəndə ezam olunmuş əməkdaşı Səbuhi Məmmədli bildirib. Onun sözlərinə görə, heç bir avtomobil vasitəsi kənd ərazisinə buraxılmır: “Kəndin 100 m kənarında maşınlar dayanır və insanlar piyada şəkildə kənd ərazisinə daxil olurlar”. S. Məmmədli onu da bildirib ki, hazırda kəndə 3 minə yaxın insan gəlib və axın sürətlə davam edir: “Onu da qeyd edim ki, Şirincədə 293 jurnalist var. Eyni zamanda, bir neçə telekanal kənd ərazisindən canlı bağlantı yaradır. Şirincədəki orta məktəb boşaldılıb və hazırda məktəb səyyar tibb müəssisəsi kimi fəaliyyət göstərir. Kəndə gətirilən psixoloqlar insanlara psixoloji yardım göstərirlər”.

 

Lent.az-ın əməkdaşı onu da vurğulayıb ki, dünən gecə kənd ərazisində bir neçə xristian missioneri saxlanılaraq, Şirincədən çıxarılıb. “Həmin şəxslər təbliğat aparırdılar ki, guya dekabrın 21-də İsa Şirincə kəndində zühur edəcək” - deyə, S. Məmmədli əlavə edib.

# 3664
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar