“Qiyamət”ə bir gün qalmış: qara geyimlilərin son mərasimi – REPORTAJ
20 dekabr 2012 19:10 (UTC +04:00)

“Qiyamət”ə bir gün qalmış: qara geyimlilərin son mərasimi – REPORTAJ

Qiyamət günündən sağ çıxacağı deyilən Şirincə kəndi polis və jandarm qüvvələri tərəfindən tam nəzarətə götürülüb. Demək olar ki, hər dükanın, kafenin, evin yanında əsgər və jandarma qüvvələri cəlb olunub. Günün sonuna qədər onların sayının 2 minə çatacağı, sabah, qiymət günündə isə bir qədər də artacağı deyilir.

 

Bu gün səhərdən insanlar tədricən kəndə axışmağa başlayıb.

 

O qədər də qələbəlik olmasa da, günortadan sonra onların sayının atacağı gözlənilir. Sabah isə minlərlə qonağın gələcəyi proqnozlaşdırılır.

 

Dükan və bazarlarda, kafelərdə ciddi maliyyə nəzarəti həyata keçirilir. Kəndə girən maşınlar tək-tək yoxlanılır. Hətta xidməti itlərdən belə istifadə edilir. Qiymətlərin süni artımının qarşısını alınır. Amma bununla belə, qiymət artımının qarşısını almaq mümkün deyil. Məsələn, kəndin mərkəzindəki “Efeoğulları” kafesində bir stəkan çay 2 lirəyə (təxminən 1 manat), kofe 5, adi göyərti salatı 8-10 lirəyə təklif edilir.

 

Şirincədə “Qiyamət şərabları”nın qiyməti isə standartdır - 25 lirə. Elə şəkildə gördüyünüz bu şərab dünənə kimi müxtəlif adlarla 6-8 lirəyə satılırmış. İndi sadəcə etiketi dəyişdirərək qiymətini qaldırıblar.

 

Ümumiyyətlə, burda bir sıra əşyalar - köynək və şortlar, suvenirlər, fincanlar üzərinə “Qiyamət-2012” yazılaraq əvvəlki dəyərindən qat-qat baha qiymətə satılır.

 

Kənddə bütün otellər dolub. Ümumi sayı 600 yerlik otellərdə yer yoxdur.

 

Sabah axşam “Qiyamət partisi”nin veriləcəyi “Artemis” restoranında yerlər isə indidən tutulub. Burdakı 120 yeri bron edənlər arasında isə xeyli tanınmış şəxslər var. Və onların adları maksimum gizli saxlanılır. Restoranın sahibi İsmət Bakkal onların  adını deməsə də, ipucu verdi. “Təkcə Türkiyədən deyil, dünyanın tanınmışları. Bir ay əvvəldən yer sifariş edənlər də var. Amma üzrlü sayın, adlarını deyə bilməyəcəm”.

 

Bu arada, “qiyamət günü” Şirincədə, ünlü insanların da aylardan bəri yerlər tutduğu “Artemis” restoranında veriləcək şam yeməyinin menyusu bəlli olub”.

 

Məlum olub ki, menyuya aşağıdakı yeməklər daxildir: göyərtidən və yumurtadan ibarət “Qiyamət şorbası”, “Cənnət kababı”, “Atəş plovu” və “Son dəm çayı”.

 

Yeməklərin heç birində mal və qoyun ətindən istifadə olunmayacaq. Kabab balıqdan və quş ətlindən hazırlanacaq. Plovun yanında isə alov qoyulacaq. Daha doğrusu, közərmiş kömür.

 

Bundan başqa, partiyə hamının qara geyimdə gələcəyi gözlənilir. Şam yeməyinin sonunda isə “Artemis” qrupunun ifasında mahnılar dinləniləcək.

 

Başqa bir məlumata görə, erməni əsilli Nişanyanlar da “Qiyamət menyusu” təşkil ediblər, lakin müştəri yığa bilmədiklərindən bu fikirdən vaz keçiblər.

 

“Şirincə kəndinə gələn jurnalistlərin sayı gözlədiyimizdən də çoxdur. Artıq 200-ə yaxın media təmsilçisi Səlcuk Bələdiyəsi Basın Bürosunda akreditə olunub”. Bunu isə büronun kənddəki səlahiyyətli nümayəndəsi Məltəm Karayel bildirib.

 

Məltəm xanımın bildirdiyinə görə, hələ də onlara zəng edib akkreditə istəyənlər var. “Onların çoxu Türkiyəyə yetişməyib. Ya axşam, ya da səhər tezdən burda olacaqlar. Amma akkreditasiya bu gün başa çatacaq. Sabah tezdən akkreditasiya olunmayan media təmsilçiləri kəndə buraxılmayacaq”.

 

Büronun başqa bir nümayəndəsi Onur Erin dediyinə görə, sonuncu dəfə Türkiyədə bu qədər jurnalist axını Abdulla Öcalanın məhkəmə prosesi vaxtı olub.

 

Hazırda Türkiyənin əksər telekanalları kənddən canlı reportaj vermək üçün xüsusi ötürücülərlə Şirincədədir. Bu sırada Türkiyənin NTV, Kanal D, Star, ATV, Fox, Ulusal və digər kanalları, ölkənin demək olar ki, əksər iri qəzetlərinin müxbirləri kənddədirlər.

 

Eyni zamanda Amerikanın «Los Anceles Tayms» və «Çikaqo Tribun» qəzetləri,  «Əl-Cəzirə», SNN telekanalları və adlarını dəqiqləşdirə bilmədiyimiz iki Çin qəzetinin, habelə Almaniya və İsveç radiosunun və digər əcnəbi media qurumlarının nümayəndələri Şirincədən reportajlar hazırlayırlar.

 

Azərbaycandan isə Şirincədə olan yeganə jurnalist mənəm -  

 

Şirincə, Türkiyə

 

 

.

# 5685
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar