Fevralın 16-da saat 06:00 radələrində Astara rayonunun Züngüləş kəndində yerləşən yaşayış evində yanğın hadisəsi olub.
Bu barədə Lent.az-ın bölgə müxbirinə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Məlumatda bildirilib ki, kənd sakini, 1939-cu il təvəllüdlü Novruzov Salman Sadıx oğluna məxsus bir mərtəbəli, iki otaqlı evin 99 kvadratmetrlik sahəsi tamamilə yanıb. Hadisə yerinə rayonun yanğından mühafizə hissəsinin 2 yanğın söndürən maşını gəlib. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının baş verməsinə səbəb evdə quraşdırılan odun sobasından çıxan alov olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.