Ağstafada "Mercedes" ağaca çırpıldı, 1 ölü 13:26 18-11-2009
Noyabrın 17-də saat 19.00 radələrində Ağstafa-Aşağı Göycəlili yolunda ağır yol qəzası baş verib.
Ağstafa rayon Polis şöbəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, Aşağı Göycəlili kəndi yaxınlığında Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Qəhrəmanov İlham Saleh oğlunun idarə etdiyi "Mercedes" markalı, 10 BD 772 dövlət nömrə nişanlı avtomobil ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobildəki sərnişin, Ağstafa rayon Xətai kənd sakini, 1984-cü il təvəllüdlü Səmədov Qəfər Tahir oğlu xəsarət alıb və xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.